Şou-biznes

30 il sonra bəy-gəlin oldular

4 Mart 2022 19:12
0 Şərh     Baxış: 1 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnstaqram platformasında kifayət qədər populyar olan bloger Leyla Muradlı maraqlı addımı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, ata və anasının ailə qurmasının 30 illiyi münasibəti ilə fərqli fotosessiya edib. Belə ki, Leyla illər öncə valideynlərinin bəy və gəlinlik libası geyinmədən evləndiyini bildirib. Bloger bunu 30 il sonra reallaşdırmaq üçün anası Aybəniz və atası Vüqar Muradlını bəy-gəlin obrazında kamera qarşısına çıxarıb.

Leyla lentə alınan fotoları 570 min izləyicisi olan hesabında paylaşıb, onları təbrik edib:

"Sevginin rəsmini göstər desələr, bunu təqdim edərdim.  Fotoda 30 illik sevginin ən gözəli var. 30 ildir bir -birini təmənnasız, bütün çətinliklərdə birlikdə olan, amma əsla gəlinlik və bəylik geyinə bilməyən iki insanın rəsmi var. Bir- birini çox sevən iki insanın "bu anı yaşamadan olmaz" deyib belə bir sürpriz etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.