Şou-biznes

Səxavət Məmmədovun oğlu ilk dəfə onun məzarı başında - VİDEO

23 Fevral 2022 20:12
0 Şərh     Baxış: 2 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Şəhriyar illər sonra ilk dəfə atasının qəbrini ziyarət edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, atasının Ağdamda yerləşən məzarının başında göz yaşı töküb. Bu anlar isə videoya alınıb.

Qeyd edək ki, ikinci oğlu sənətçinin ölümündən 23 il sonra meydana çıxıb. 2014-cü ildə ATV-də yayımlanan "Öz aramızda" verilişinə qatılan Şəhriyar adlı gənc xanəndə Səxavətin ikinci nikahından dünyaya gəldiyini bildirib. Sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini də açıqlayıb.

Onu da bildirək ki, sənətçinin böyük oğlu Bəxtiyar Məmmədov isə hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır və Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.