Şou-biznes

Manaf Ağayevin üzr videosunun yayılmaması ilə bağlı açıqlama: Xahiş etdi ki... - VİDEO

22 Fevral 2022 15:36
11 Şərh     Baxış: 20 306
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər Manaf Ağayevin video görüntülərinin çəkilməsi və yayılmaması ilə bağlı məsələ gündəmi zəbt edib.

Milli.Az xəbər evrir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev baku tv-də yayımlanan "Üzbəüz" verilişinin növbəti buraxılışında məsələyə aydınlıq gətirib.

"Manaf Ağayev bildirdi ki, mənim hansısa formada bu əməlimdən peşmanam. Bunu məhkəmədə də bildirdi. Video görüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, mənim səhvimi artıq bütün cəmiyyət görüb.

Xahiş etdi ki, əlavə video görüntüləri çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zəruriyyət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər", - deyə qurum rəsmisi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.