Şou-biznes

Əməkdar artist Manaf Ağayevin həbsindən danışdı: "Qanun hamı üçündür"

19 Fevral 2022 15:24
3 Şərh     Baxış: 2 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qanun hamı üçündü, onu heç kim pozmamalıdır".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev müğənni Manaf Ağayevin həbsindən danışarkən deyib.

Müğənni bildirib ki, bütün vətəndaşlar dövlətin əsgəridir:

"Biz gərək qanuna əməl edək. Allah qapısını açsın. Xalqı kim qoruyur? Dövlətimiz. O torpaqlarda nə qədər şəhid verdik, ailələr gözü yaşlı qaldı. Allah prezidentin canını sağ eləsin, az səbr edək, gözləyək işğaldan azad olunan torpaqlarda abadlıq bitsin, ondan sonra hamı gedəcək".

Qeyd edək ki, müğənni Manaf Ağayev işğaldan azad olunan Füzuli rayonuna qanunsuz səfər edib və həmin görüntüləri sosial şəbəkədə paylaşıb. Məhkəmənin qərarı ilə müğənni 15 sutka həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.