Şou-biznes

Bacılar 90-cı illərin rəmzinə çevirilən fotosessiyasını təkrarlayıbmış

18 Fevral 2022 12:22
0 Şərh     Baxış: 1 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cici və Bella Hadid bacıları İtaliyanın "Versace" moda evinin ən çox axtarılan top modellərindəndir.

Milli.Az olay-a istinadən xəbər verir ki, qızlar brendin yeni reklam kampaniyası üçün çılpaq pozalar veriblər. Çəkilişdə qadağan olunmuş meyvə və cazibədar ilan olan bibliya motivlərindən ilhamlanılıb.

Donatella Versace onların fotosunu "Mənim Versace ilahələrim" şərhini yazaraq paylaşıb.

"Versace" fanatları isə fotonun illər öncə Klaudia Şifer və Silvester Stallonenin yer aldığı, rəmzə çevirilən reklam kampaniyasına eyham kimi dəyərləndirib.

Qeyd edək ki, sənətçilər 1995-ci ildə "Versace Home" kolleksiyası üçün Adəm və Həvva kimi pozalar vermişdilər. Ancaq ulduzlar bədənlərini çanta əvəzinə çini qablarla bağlayıb. Daha sonra bu fotolar "Avedon" tərəfindən 1998-ci ildə yayımlanan "Versace: Çılpaq və geyimli: 20 illik Versace" kitabına daxil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.