Şou-biznes

Neslihan geyimi və rəqsi ilə gündəm oldu - VİDEO

4 İyun 2023 10:12
Baxış: 2 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli aktrisa Neslihan Atagülün məşhurların da iştirak etdiyi "Academy Day" gecəsinə tək qatılması maraq oyadıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa geyimi ilə yanaşı gecədəki rəqsi ilə də diqqətləri üzərinə çəkməyi bacarıb. Onun Kenan Doğulunun "Çakkıdı" mahnısının ifasında nümayiş etdirdiyi rəqs qısa müddətdə Türkiyənni sosial media seqmentində gündəm olub.

Qeyd edək ki, uzun müddətdir aktyor həyat yoldaşı Kadir Doğulunun ona xəyanət etməsi xəbərləri ilə manşetlərdə yer alan aktrisanın özəl həyatı ilə bağlı iddialar bitmək bilmir. Ötən günlərdə aktrisanın restoranda Kadirlə dalaşaraq alyansını çıxarıb atdığı və məkanı tərk etdiyi deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.