Şou-biznes

Adel ayrılıq xəbərinə aydınlıq gətirdi - FOTO

3 Fevral 2022 13:12
0 Şərh     Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı məşhur müğənni Adel "Instagram"da sevgilisi ilə ayrıldığı barədə söz-söhbətlərə aydınlıq gətirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, ilk olaraq BRIT mükafatının təqdimetmə mərasimində çıxış edəcəyini xəbər verib:

"Bunu səbirsizliklə gözləyirəm. Yeri gəlmişkən, Riç hər kəsə sevgi nuru göndərir", - deyə Adel yazıb.

Qeyd edək ki, mediada bir gün əvvəl Adelin idman agenti Riç Pol ilə münasibətlərindəki problemlərə görə Las-Veqasdakı konsertini təcili olaraq ləğv etdiyi yazılmışdı. Müğənninin ətrafına yaxın mənbə onun konsertə hazırlaşmaq əvəzinə Los-Ancelesə sevgilisinin yanına getdiyini deyib.

Adelin özü konsertin ləğvini koronavirusla bağlı problemlər və vaxt azlığı ilə əlaqələndirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.