Şou-biznes

Həbsi tələb olunan müğənni ilə bağlı qərar verildi

30 Yanvar 2022 10:10
0 Şərh     Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Berkay Şahin instaqramda Burak adlı izləyicini təhqir etdiyi üçün qatılmalı olduğu məhkəmə prosesinə getmək istəməyib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu səbəbdən ifaçı polis əməkdaşları tərəfindən tutularaq hakim qarşısına çıxarılıb.

Berkay məhkəmə zalında özünü müdafiə edərkən yenidən təhqir məzmunlu ifadələr işlədib. Bundan başqa, ifaçı gördüyü əmələ görə, peşman olmadığını bildirib. Bu səbəbdən o, 26 min 400 lirə məbləğində təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, Berkay sosial media hesabında ailəsinin də yer aldığı paylaşımında ona mənfi şərh yazdığı üçün Burak adlı şəxsi təhqir edib. İzləyici müğənninin nalayiq ifadələrinə görə məhkəməyə müraciət edib və onun 4 il 4 aya kimi həbsini tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.