Şou-biznes

"Qızımın şəklini ona görə paylaşdım ki..." - İlkin Həsəni

28 Yanvar 2022 11:46
0 Şərh     Baxış: 2 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı, aktyor İlkin Həsəni ailəsinin görüntülərini sosial şəbəkədə paylaşmasından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Səhər mərkəzi" proqramında bəhs edib. İlkin bildirib ki, qızının şəkillərini yayımlamasına səbəb ona olan maraq olub:

"Bir il heç nə paylaşmadım. Gördüm ki, bu mətbuata daha maraqlı olur. Axtarırlar... Bir dəfə Yeni il ağacının yanında qızımın şəklini yayımladım, orda oyuncağın üstündə üzü düşüb. Səhəri yazılar yayıldı: "İlkin qızının üzünü göstərdi". Nə qədər gizlədəcəyiksə, daha çox mətbuatın marağında olacaq. Axtaracaqsız ki, paylaşaq. Amma 1 yaşından sonra fotoların paylaşdım. Hamı yayımladı və bitdi. Ondan sonra nə qədər şəkil qoysam da media yayımlamır.

Bu gün nifrəti qusmaq üçün nə qədər adam var. Qızılgül qoysan belə girib yazacaqlar ki, bunu niyə qoymuşunuz?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.