Şou-biznes

“Haqqıma girin, hesabım məhşərə qalsın”

22 Yanvar 2022 13:06
0 Şərh     Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış müğənni Damla "Fatehin divanı" verilişində qonaq olarkən söyləndiyi fikirlərin təhrif olunmasına, xəbər başlıqlarına "Sizdən biri deyiləm, artıq ulduzam" sözlərinin çıxarılmasına münasibət bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ifaçı İnstaqram storidə "Müsahibəni dinləmədən, görmədən, paylaşılan xəbərin altını oxumadan haqqımda fikir bildirənlər, haqqıma girin, hesabım məhşərə qalsın. Bir az vicdan, çox yox, bir az" sözlərini yazıb.

Qeyd edək ki, sənətçi verilişdə "Mən sahib olduqlarımla insanları qıcıqlandırmadım. Baxın, bahalı maşınım var, çəkib göstərmədim. Sağ olsunlar, öz əziyyətimiz və insanların dəstəyi ilə baş verdi. Demədim ki, baxın, artıq sizdən deyiləm, yüksəklərdəyəm, artıq ulduzam. Bunu etmədim" sözlərini işlətmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.