Şou-biznes

Onlara bənzəmək üçün əməliyyat olunurlar...

15 Yanvar 2022 13:22
1 Şərh     Baxış: 561

Gözəllik anlayışı geniş mənaya sahibdir. Hər kəsin mükəmməl görünüşdə olan modeli fərqlidir. Məsələn, kimisi Rihannanın burnunu, kimisi isə Kendal Cennerin sinəsini bəyənir. Bəzən isə bəyəndikləri simalara bənzəmək üçün bıçaq altına yatırlar.

Məsələn, illərdir Cennifer Lopezin bədən quruluşu çox xanımı qısqandır və onun kimi görünmək üçün estetik əməliyyat etdirirlər.

Bəs indiki dövrdə estetik trendlərini yönləndirən məşhurlar kimlərdir?

Milli.Az olaya-a istindən həmin tanınmışların siyahısını təqdim edir.

Britaniya şahzadəsi Harri ilə evləndikdən sonra daha da populyarlaşan aktrisa Meqan Marklın burnu çox xanımın xəyalıdır. Onun dik, təbii, qismən əyri burnu  üçün həkimlərə müraciət edən qadınların sayı az deyil. Həm də Meqanın simasına xüsusi fərqlilik qatan çilləri də trendlər sırasına daxil olub. Lakin narahat olmayın. Buna görə əməliyyat olunmağınıza ehtiyac yoxdur. Döymə etdirərək də həmin çillərə sahib ola bilərsiniz.

Emili Ratajkovskinin göbək dəliyi də estetik trendlərində yer alır. Bu detal onu daha uzun və arıq göstərir.

Meqanın burnuna rəqib kimi Dünya ulduzu Rihannanın adını çəkə bilərik. Hətta o, siyahıda ilk sıralarda yer alır. Onunla bərabər Markl və Castin Biberin adı qeyd  olunur. Rihannanın düz, ucu əyri olan, üzünə xüsusi rəng qatan burnu çoxları üçün bir xəyaldır.

Miranda Kerrin qəmzələri də qadınların estetik səbəbidir. Onun çənəsindən bir az yuxarıda yerləşən, özünəməxsus qəmzələri üçün əməliyyat olunanlar var.

Bella Hadidin isə ayaqları estetik trendlərindədir.  Bunun üçün bıçaq altına yatmaq istəyənlər az deyil.

Estetik cərrahlarına Donald Trampın xanımı Melania Trampın bədən quruluşu üçün müraciət edənlər də var. Çox xanım onun bədəninə bənzər bir "fiqura" arzulayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nara · 15 Yanvar 17:4510

    Ozunu kimese benzetmek oz sexsiyyetine tehqir heqaretdi.nece yaranmisansa o cur de ozunu qebul edib sevmelisen lap ele eyri ayagini da iri burnunu qulagini her seyini.onda hami da qebul edib sevecek.amma daim ozunun yaxsi versiyani yaratmaga can atmalisan kimese benzemeye yox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.