Şou-biznes

Con Travoltanın qızından bir ilk

10 Yanvar 2022 17:42
0 Şərh     Baxış: 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Con Travoltanın 21 yaşlı qızı Ella Travolta atası kimi məşhur olmaq qərarına gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni olmaq istədiyini açıqlayan Ella bu yolunda ilk addımını atıb. O, "Dizzy" adlı ilk mahnısını sosial media hesabında izləyicilərlə paylaşıb.

"Çox xoşbəxt və həyəcanlıyam. Mahnını təqdim etməyim çox vaxt apardı, amma bacardım. Hələ də özümü 14 yaşında hiss edirəm. Ümid edirəm ki, siz də bəyənirsiniz" deyə, o, əlavə edib.

Qeyd edək ki, Ella Conun həyat yoldaşı Kelli Prestonla olan evliliyindən dünyaya gəlib. İki il xərçəngdən əziyyət çəkən Kelli ötən ilin iyulda vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.