Şou-biznes

Səhhəti pisləşdi, tamaşası təxirə salındı

8 Yanvar 2022 16:06
0 Şərh     Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Ziya Ağanın baş rolda oynadığı "İsgəndərə yeni namə" tamaşası təxirə salınıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin səhhətində yaranan problemdir. Belə ki, "Zəhər tuluğu" filminin təqdimatında gecəyə əsayla qatılan aktyorun məşqlər zamanı ayağını incitdiyi ortaya çıxmışdı.

Onun səhhətinə diqqət etməməsi, iynə və dərmanlar sayəsində tamaşaları oynaması vəziyyətini ağırlaşdırıb. Buna görə də, tamaşa Akademik Milli Dram Teatrının cədvəlindən çıxarılıb.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə OLAY-a açıqlamasında "İsgəndərə yeni namə"nin bir ay sonra yenidən nümayiş etdiriləcəyini bildirib.

Qeyd edək ki, dekabrın 18-i premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.