Misirdə Firona aid 3 min illik qızıl bilərzik oğurlanaraq əridildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misirin paytaxtı Qahirədəki muzeydən Firon Amenemope-yə aid 3 min illik qızıl bilərziyin oğurlandığı üzə çıxıb. Tarixi əhəmiyyətinə görə dəyəri ölçülməz olan bilərzik bir neçə dəfə satıldıqdan sonra son sahibi tərəfindən əridilərək başqa bir zinət əşyasına çevrilib.
Misir Daxili İşlər Nazirliyinin məlumatına görə, 13 sentyabrda Misir Muzeyinin restavrasiya emalatxanasında saxlanılan dəmir seyfdəki qədim bilərziyin yoxa çıxdığı müəyyən edilib. Araşdırmalar nəticəsində oğurluğu muzeydə çalışan bir texnikin etdiyi məlum olub.
Həmin şəxs 9 sentyabrda bilərziyi oğurlayaraq Qahirədəki bir gümüş taciri ilə əlaqə saxlayıb.
Tacir bilərziyi 180 min cüneyhə (təxminən 3 750 dollar) bir qızıl emalatxanasının sahibinə satıb. Daha sonra emalatxana sahibi isə onu 194 min cüneyhə (təxminən 4 000 dollar) dəyərində qızıl tökmə işçisi olan birinə ötürüb.
Son alıcı bilərziyi digər qızıllarla birlikdə əridərək yeni bir məmulat hazırlayıb. Şübhəlilər artıq saxlanılıb və cinayəti etiraf ediblər. Bilərziyin satışından əldə olunan vəsaitə də əl qoyulub.
Qeyd edək ki, bilərzik Antik Misirin Üçüncü Ara Dövrünə (e.ə. 1075-652-ci illər) aiddir. Beynəlxalq mətbuatda bu əsərin tayı-bərabəri olmayan dəyərə malik olduğu vurğulanır.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Savoring” nədir? Xoşbəxt anların daha uzun sürməsini təmin edən psixoloji bacarıq
-
ABŞ polisi səhvən 22 yaşlı tələbəni güllələdi - (Foto)
-
Bakının bəzi yerləri işıqsız qalacaq - Yenilənib
-
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
-
"Qalatasaray"dan 45 milyon avroluq transfer gəlir (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmağınız vacibdir
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - (Video)
-
Aidə Əliyevaya AFFA-da vəzifə verildi
-
Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - (Video)
-
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - (Foto)
-
Raheem Sterlinq ikiillik həbs edilə bilər
-
Yevlaxda balıqçı itkin düşüb
-
Nepalda daşqınlarda ölənlərin sayı 157-yə çatıb
-
Çempionlar Liqasının püşkatmasında yeni qayda
-
Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
-
“Tezliklə İrana qarşı böyük qələbə əldə edəcəyik” - Tramp
-
Luis Enrike ulduz futbolçunu cəzalandırıb
-
Xətai rayonundakı küçə iki gün bağlı olacaq
-
Dani Bolt Medinanın komanda yoldaşı olacaq
-
Restoran üslubunda "İmam bayıldı" resepti
-
Azərbaycanın “Sabah” futbol klubu Prezident İlham Əliyevə təşəkkür edib
-
Aktyor Tim Karri vəfat edib
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
-
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir





