Şou-biznes

Adı təcavüzdə hallanan aktyorun oynadığı səhnə serialdan kəsilib - FOTO

7 Yanvar 2022 10:28
0 Şərh     Baxış: 1 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sex and the City" filminin davamı olan "And Just Like That"ın son epizodundan Hollivud aktyoru Kris Notun baş rolda oynadığı səhnə kəsilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar məşhur aktyorun adının cinsi təcavüzdə hallanması fonunda verilib. Serialda o, xəyalların adamı Mister Biq obrazını canlandırırdı.

Son epizod fevralın 3-də HBO Max-da yayımlanacaq.

Xatırladaq ki, K.Not dekabr ayında CBS-in layihəsi olan "Equalizer" serialında rolunu itirib.

Qeyd edək ki, iki qadın 2004 və 2015-ci illərdə Kris Notun onları zorladığını bildirib. Daha sonra bu ittihamlara üçüncü qadın da qoşulub. Zərərçəkən 18 yaşında olarkən (2010-cu ildə) məşhur aktyorun ona təcavüzə cəhd etdiyini deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.