Şou-biznes

Faiq Ağayev başına gələnlərdən DANIŞDI: O həkimə görə komaya düşmüşəm

29 Dekabr 2021 11:42
1 Şərh     Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən üç dəfə həyatımda koma keçirtmişəm. Ölmüşəm!".

Milli.Az metbuat.az-a xəbər verir ki, bunu xalq artisti Faiq Ağayev MTV-də, "Üzə-düz" proqramında deyib.

"Mən həyatı çox sevirəm, bu bir, ikincisi ölməkdən qorxmuram artıq. İllər əvvəl başıma gələn hadisə artıq üçüncü koma idi. Ondan qabaq iki komam olub mənim. Bir dəfə boğulmuşam dənizdə, bir dəfə də burnumu əməliyyat edəndə. İndi daha dünyasını dəyişib o həkim, demək olar. Həkim məni öldürdü, reanimatoloq olmasa idi məni bu dünyaya qaytarmaq olmazdı. Heç yadıma da salmaq istəmirəm, bir az məni yükləyir bu söhbətlər. Mən yaşayışı çox sevirəm, mən həyatı çox sevirəm. Mən gözəl insanlar, insanlaran gözəl hərəkətləri görməyi sevirəm. Həyatdır, olub. Kiminsə burnu qanayır, kiminsə dırnağı sınır, kimsə allah göstərməmiş avtomobil qəzasına düşür, kimsə hansısa bir düşmənçiliyin tuşuna gəlir. Bu da həyatın eybəcər tərəfləridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.