Şou-biznes

Elzanın mahnı davası - Gülaydan sərt cavab

28 Dekabr 2021 20:00
1 Şərh     Baxış: 1 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəzi müğənnilər gedirlər bir mahnıdan toy tuturlar, başlayırlar başqa bəstələrin də üstünü dəyişirlər. Gülaya gözəl mahnı vermişəm, "Əl çəksin kədər". Görürəm ki, oxumur. Mən də toy tutmaq üçün elə mahnılar yazaram. İstəmədiyim üçün müğənni oldum. Elə müğənnilərə mahnı verəndə oxumrular. Deyirlər, bundan pul gəlmir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Əməkdar artist Elza Seyidcahan "10-da görüşək" proqramında deyib. Müğənni ifaçı Gülay Zeynallıdan gileylənib. O bildirib ki, Gülaya mahnı verib, amma hələ də oxumur.

Gülayın seyidcahana cavabı da gecikməyib. "Elza xanım, sizi çox sevirəm, hörmətim var sizə. Amma mahnı verməmisiniz, satmısınız, mən də almışam. Mahnı artıq mənimdir. Ürəyim istəyən zaman ifa edəcəm" deyə, müğənni Elzaya cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.