Şou-biznes

"24 saat sevirəm" - Aygün Kazımova

27 Dekabr 2021 14:34
0 Şərh     Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qısqanclıqdan keçib, o vaxtlar geridə qaldı. Bundan hamı keçib, təkcə mən yox. Bütün sənət dostlarımın başına gəlib".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" proqramında qonaq olarkən deyib.

Müğənni aparıcı Zaur Baxşəliyevin "Sizi məişət qadını kimi təsəvvür etmirəm" sualına "Az müddətdə məişət qadını olmaq istədim. 105 kiloqram oldum, viddən də çıxdım" cavabını verib.

Kazımova sevgidən bəhs edib. "24 saat sevirəm. Sevgisiz nə danışırsınız? Verilişə gəlirəm, burada çalışan komandanı sevirəm" deyə, müğənni bildirib.

Aygün öz brendini yaradacağını da etiraf edib:

"Heç bir biznesim yoxdur. Amma artıq qərara gəlmişəm, geyimlə bağlı bir iş görəcəm. İdman tərzində geyim kolleksiyası buraxacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.