Şou-biznes

Tolik tik-tokdan qazandığı pulla 30 uşağı sünnət etdirdi - VİDEO

20 Dekabr 2021 14:44
0 Şərh     Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) xeyirxah addımı ilə gündəmə gəlib. 

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, o, tiktokdan qazandığı pulla 30 uşağı sünnət etdirib. Tolik uzun müddətdən sonra bu istəyini həyata keçirdiyi üçün sevincli olduğunu bildirib:

"Şükür Allaha! Bu istəyim də reallaşdı. Tiktokdan qazandığım pulla 30 balamızın müsəlman olmağına vasitəçi oldum. Balaca bəylərimizin hər birinə Türkiyədən bəylik geyimləri aldım. Onların hər birinə kiçik toy hədiyyəsi olaraq pul da verdim. İnşallah, böyüyüb vətənə layiqli övladlar olarlar. Allah bütün balaları xoşbəxt eləsin!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.