Şou-biznes

Hazal "casus" olmaq istəyir

16 Dekabr 2021 17:30
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün İstanbulun Nişantaşı səmtində görüntülənın Hazal Filiz Küçükköse rol aldığı obrazlardan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa son bir ildir təklif aldığı layihələri rədd etdiyini açıqlayıb. O, bunu bir obrazı canlandırdıqdan sonra həmin rolun aktyorun üstünə oturması və eyni layihələrin təklif olunması ilə əlaqələndirib.

"Başqa obrazlar canlandırmaq üçün müqavimət göstərirəm. Müqavimətim demək olar ki, qırılıb. Hər birini bacara bilərəm, amma bir xarakteri mükəmməl yaratmısansa, o sənə yapışıb. Prodüserlər bunun insanlara təsir gücünü gördükləri üçün səni yalnız o obrazda görürlər. Bundan çox əziyyət çəkirəm".

Fərqli bir obraza həyat vermək istədiyini vurğulayan Hazal özünü "agent" rolunda sınamaq istəyir:

"Vurub, qıran bir rol olsun. Məsələn, casus. İçində hərəkət olan bir layihə. Adrenalini sevirəm".

Qeyd edək ki, Hazal "Kara sevda", "Yasak elma", "Kağıt ev" kimi məşhur seriallarda rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.