Məşhur müğənni Dua Lipanın sərvəti 50 milyon siterlinqə (təxminən 112 milyon 761 min 690 manat) çatıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, "The Sun" qəzeti Dua Lipanın sərvətini araşdırıb. Məlum olub ki, ifaçı bir ildə sərvətini iki qat artırıb. O, il ərzində 22,7 milyon funt sterlinq qazanıb.
26 yaşlı pop ulduzun 1 ay ərzində 1,9 milyon funt sterlinq gəlir əldə etdiyi bəlli olub.
Milli.Az