Şou-biznes

“Madonnanın səsi yoxdur” - Brilliant Dadaşova

11 Dekabr 2021 12:12
3 Şərh     Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova dünya şöhrətli müğənni Maddona haqda müzakirələrə səbəb olacaq açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə münsif olduğu "Səs Azərbaycan" yarışmasında danışıb.

Dadaşova komandasının iki üzvü- Fatimə Həsənova və Könül Məmmədovanın qarşıdurmasına şərh verərək pop kraliçanın səsinin olmadığını vurğulayıb:

"Madonnadan yarım ton yuxarı oxudular. Məşqdə demişdim ki, ton yarım yuxarıdan oxumaq lazımdır. Ümumiyyətlə Madonnanın səsi yoxdur, sadəcə gözəl qadındır. Gözəl şou yaradır.  Onun bir mahnısını dinləyə bilmərəm".

Qeyd edək ki, Fatimə və Könülü duel zamanı Madonnanın repertuarından "La isla Bonita" mahnısını ifa ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.