Şou-biznes

Ən çox bu libas müzakirələrə səbəb oldu - FOTO

5 Dekabr 2021 18:37
0 Şərh     Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parisdə "Qızıl top" mükafatı mərasimi keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecədə paparatsilərin diqqətini ən çox aktrisa Zendaya (Zendaya Koulman) çəkib. O, bu dəfə "Cavalli"dən olan libası ilə fərqini ortaya qoyub. Noyabrın əvvəlində "İlin dəb ikonu" adına layiq görülən aktrisa son qatıldığı məclislərdə bu statusu doğrultmağa çalışır.

Aktrisa tədbirə sevgilisi, "Hörümçək adam: Evdən uzaqda" filmindəki həmkarı Tom Hollandla qatılıb. Bu, cütlüyün ictimaiyyət arasında ilk rəsmi göründüyü gecə olub.

Zendaya qırmızı xalçada geydiyi 2000-ci ilin payız kolleksiyasından olan "Roberto Cavalli" libasını qızıldan hazırlanmış iri halqa sırğalarla tamamlayıb. O, mürəkkəb dekorasiyanı ön plana çıxartmaq üçün sadə saç düzümü və makiyaj edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.