Seriallar

"Hərcai": məşhur türk serialının uğuru nədədir?

18 İyun 2019 22:42
27 Şərh     Baxış: 6 155

Milli.Az Sputnik Azərbaycan-a istinadən Orxan Bahadırsoyun yazısını təqdim edir

Sputnik. Yarım əsrə yaxındır ki, bu məzmunu izləyirik. Hind kinoları da, Türkiyə film və serialları da bundan bəhs edir: gözəl qızla yaraşıqlı oğlan bir-birlərini sevirlər. İkisi də əsl atasını tanımır. Ailələri düşməndir və onların qovuşması üçün çoxlu əngəllər var. Bir tərəfdən də aşağı-yuxarı eyni xarakterli rəqib aşiq obrazları canlanır.

Hər filmdən, hər serialdan bir hissəni götürüb "Hercai" adlı ssenari yazıblar. Daha doğrusu, bunu əvvəlcə "Hercai" romanının müəllifi Sümeyye Koç edib. Həmin roman da ssenariləşdirilib və ortaya "Hercai" serialı çıxıb.

Əvvəlini də, ortasını da, axırını da bildiyimiz bu məzmun niyə insanların marağına səbəb olub? Axı eyni mövzunu onlar dəfələrlə izləyiblər. Hətta bundan dörd əsr əvvəl Şekspir də iki düşmən ailənin övladlarının eşqindən bəhs edən "Romeo və Cülyetta" adlı pyes yazıb. Hind filmlərinin finalında qəddar bir kişini öldürmək istəyən gənc oğlana "əl saxla, o sənin atandır" deyən qadınları görməmişikmi? Bütün Türkiyə seriallarında Londonda təhsil alan bir gənc vətəninə qayıdanda ailəsinin adət-ənənəsinə qarşı çıxmırmı, yaxud əri tərəfindən sevilməyən bir qadın onu əldə etmək üçün özünü bıçaqlayıb başqasının üstünə atmırmı?

Bütün bunlara rəğmən, "Hercai" serialı niyə izlənilir? "Hercai" serialının məzmununda bu sadaladıqlarımdan fərqli, qeyri-adi olan nə var?

Burası artıq bir az peşəkar işidir. İşi bilən bir adam baxanda o fərqi dərhal anlayır. Kütlənin böyük qismi maraqla bu serialı izləyir. Kiçik üsyankar bir kəsim ənənəviliyə etiraz naminə bu serialın izləyici kütləsini məsxərə obyektinə çevirir. Onlar da serialın şablonlarla dolu olduğunu, pafosa və bayağılığa vardığını yaxşı bilirlər. Lakin peşəkar olmadıqları üçün ortadakı fərqi görmədən izləyənləri qınayırlar.

Sadə bir misal çəkəcəm: evli bir qadının yad bir kişiyə aşiq olduğunu, ona inanıb, güvənib öz ərinə xəyanət etdiyini, hətta öz ərindən boşanıb o kişiylə evlənmək istədiyini, daha sonra isə aşiq olduğu kişinin evli olduğunu və bu qadınla sadəcə müvəqqəti əyləndiyini öyrənib intihar etdiyini çox izləmisiniz. Filmlərdə, seriallarda, romanlarda kiçik bir epizoddur bu məzmun.

Lakin Gənc Tamaşaçılar Teatrında rejissor Mehriban Ələkbərzadə yazıçı Tamara Vəliyevanın "Cəza" adlı eyni məzmunlu monopyesini elə səhnələşdirir və aktrisa Kəmalə Müzəffər o qəhrəmanı elə canlandırır ki, həyatında heç vaxt görmədiyin, heç vaxt izləmədiyin, yeni və çox maraqlı bir hadisə kimi həyəcanla, maraqla izləyirsən, təsirinə düşürsən. Bəs Mehriban Ələkbərzadə bunu necə bacarır? Çünki adam öz işini bilir. Sənətinin ustasıdır. Təqdimat bacarığı var. Ona çox kiçik, mahiyyətsiz-maraqsız bir hadisə danış, ondan fövqəladə bir tamaşa düzəltsin.

"Hercai" serialının uğuru da oxşar yoldan keçir. Adamlar təqdimatı bacarırlar. Ənənəvi məzmuna elə dinamik səhnələr, elə dialoqlar salırlar ki, tamaşaçını ekrana kilidləyirlər. Rejissor işi, operator işi, aktyor oyunu, səs effektləri - hamısı ustalıqla qurulur. Adi bir ayaq tappıltısından ürək döyüntüsünün ritmini çıxarırlar. Bir at baxışında taleyin hüznünü simvolizə edirlər. Bir daş parçasına dünyanın milyon illik tarixinin şahidi kimi yanaşırlar. Bir qara yaylığı 27 illik yasın bayrağı kimi göstərirlər. Obrazlara xarakter, özünəməxsusluq verirlər. Məsumiyyəti ürkək həyəcanlarda, qəddarlığı susqun və hiyləgər baxışlarda düyünləyirlər.

Bütün bunların yanına biraz da montaj qoyurlar və ortaya "Hercai" çıxır. Tamaşaçı da onu rahatlıqla qəbul edir. İnanır və təsirlənir. Çünki iş peşəkarın əlindədir, hər yerindən duranın yox.

Söhbət bizə gələrsə, Azərbaycanda ədəbi əhəmiyyəti baxımından "Hercai"nin mövzu və məzmununa silgi çəkə bilən əsərlər var. Niyə bu əsərlər "Hercai" kimi rekord qırmır? Çünki o əsərləri xalqa təqdim edə biləcək peşəkarları məhv edirlər. Qeyri-peşəkarlara isə meydan veriblər, onlar da özləri üçün bir cızma-qara ssenari yazıb, kamera götürüb serial çəkirlər.

İş peşəkarın əlində olanda yüz ilin çeynənmiş məzmunundan "Heraci" kimi rekord qıran ekran işi çıxarır. Amma meydanı istedadsız və savadsız adamlara açanda ortada sənət də məhv olur, istedadlı adamlar da. Xalq da baxıb deyir ki, sonuncu aktyorumuz Həsən Məmmədovla, sonuncu aktrisamız Nəsibə Zeynalova ilə, sonuncu rejissorumuz Rasim Ocaqovla getdi. İndi olanları görmürlər, çünki səlahiyyətli şəxslər və qurumlar indi olanları xalqa göstərmək istəmir.

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Melek b · 18 İyun 22:472010

    Hercai filiminden zehlem gedir.bas rolun ifacisi K.Inanira ozun oxsadir qaslari bir oynayir.gozleri bir.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 18 İyun 22:48217

    Mene ele de maraqli gelmirdi serial, qizin ermeni oldugunu esidenden sonra da tamam dusdu gozumden

    Cavab yaz
  • Anonim
    Melek b · 18 İyun 22:5086

    Mirani nezerde tutmusdum

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 18 İyun 22:581514

      Menim ikisinende zehlem gedir Melekcan)).Qasqabaqi yernengedir Miranin,qizdaki hec xosum gelmir di ermenide olduquucun lap zehlem getdi.!!

      Cavab yaz
      • Anonim
        Melek b · 18 İyun 23:1453

        Axsamin xeyir Ebruw necesen? Gozeller necedi?(***)(**) menim de danisanda qawi gozu oynayan insanlara qiciq oluram.Miranda filimin evvelinden sonuna qeder ancaq qaw gozu oynayir))

        Cavab yaz
  • Anonim
    Papatya · 18 İyun 22:53160

    Əslinde bunu hemişe dusunmusem, eyni ile bu terzde belke de daha ela, romanlarimiz, əsərlərimiz var, oxuduqca cox gozel serial alinar deye dusunmusem. Niye Tarixi gozel bir serialimiz cekilmir meselen? Cavad xandan? Qubali Feteli xandan, Penaheliden, Huseynqulu xandan? Hem aileni, meiseti, hem xeyaneti, doyusleri eks etdiren uzun tarixi bir serial cixar ortaya. İlyas Əfəndiyevin "Soyudlu arx" əsərindən maraqli romantik serial cekmek olar. Ordubadinin " Qilinc ve qelem"inden" meselen.ve.s coxdu. Amma hem yaxsi maliyye desteyi, hem de rejissor lazimdir. Hercainin baxilmagi beli, hem aktyorluq, hem de guclu rejissor isi var. Yoxsa ki, elbette ki, taniş temadi.

    Cavab yaz
    • Anonim
      asi · 18 İyun 23:3592

      Tarixi serialda Diriliş Ertoğrulun çox yox, 10 faizini bizdə çəksələr və bunu türklər kimi bacarsalar əməlli başlı fəxr edərəm..))..

      Cavab yaz
    • Anonim
      Rövşən · 19 İyun 02:0694

      Serial belə olar.Yoxsa bizimkilər yarım saatlıq seriyalln ortasındada reklamlar verirlər.MƏN bu seriala bayılııram.

      Cavab yaz
  • Anonim
    asi · 18 İyun 23:10123

    Hər şeyi yazdınız, obrazların təbiiliyi qaldı..Stilist işi qaldı..Bizdə yeni filmlərdə kasıb və ya problemli qadın orazı da döymə qaşlı, makyajlı, saçı ukladkalı təqdim olunur..Halbu ki, tutaq ki, Hərcaidə elə deyil..Hər kəs öz roluna uyğun geyindirilib saç düzümü edilir.. Ən əsas məsələ isə filmin çəkildiyi məkanın təqdimatıdı, bölgənin özünəməxsusluğunun bacarıqla işlədilməsidi..Hərcaiyə rusiyada da baxılır.Bizim bir rus qonşu var anası da özü də həmişə türk seriallarına baxırlar rusca..Küçük gelin serialına necə bağlanmışdısa, gecə 3-ə kimi oturub baxırdı)..

    Cavab yaz
    • Anonim
      / · 19 İyun 10:0755

      Nəyi təbiidi? Qız özünü yandırır öldürür aglayır amma sifətində 1 ton makiyaj qalır.Elə bil yanında kosmeticka gəzdirir.ilk seriyaıara baxdım və bütün haray qışqrıqdan qulaqlarımdan qan acıldı.

      Cavab yaz
      • Anonim
        asi · 19 İyun 10:1983

        Hər kəs öz görmək istədiyini görər və görür..Bəli rollarını təbii oynayırlar..Mən qeyd eləmişəm axı obrazların təbiiliyi..Hətta sifət mimikalarını da hər bir cümlə ilə eyniləşdirirlər..Bizdə isə hamısı müqəvva kimi bilinmir rol hansı ruhdadı..Səhnələrin çoxu isə ya divan üstə çəkilir ya stol stul arxasında.. Hərəkətlilik dinamika yoxdur..Boş-boş dialoqlardı hamısı..Heç düz əməlli mövzu da yoxdu..Siz bəyənsəniz də bəyənməsəniz də türklər serial sahəsində çox bacarıqlıdı..Bu serial isə, bizdə elə burda müzakirəyə çıxıbsa, demək ki, uğurlu alınıb..

        Cavab yaz
        • Anonim
          Melek b · 19 İyun 11:5910

          Asi?????Miranin uz cizgileri.mimika sence K.Inanirin kopyasi deyilmi??bir o qalib ulan deyib el qaldirsin

          Cavab yaz
          • Anonim
            asi · 19 İyun 16:1300

            Ola bilər).. Ona oxşasa belə bir qəbahət deyil, Kadir Inanır türk kinosunda öz izi olan bir sənətkarlarıdı..Ona oxşamağın nəyi pisdiki?)..

            Cavab yaz
            • Anonim
              Melek b · 19 İyun 18:1600

              Yamsilamaqi.ferz edek ki.Faiq Aqayev oxuyur oz sesi ile deyil Resid Behbudovun sesi ile

  • Anonim
    / · 18 İyun 23:21145

    Nə serialın özü nə də oyuncular hec də maraqlı deyil.Qızdan isə heec xoşum gəlmir.

    Cavab yaz
  • Anonim
    Roya · 18 İyun 23:2871

    Baxmamışam bu seriala nece olduğu haqda bir fikrim yoxdur.Menim en çox beyendiyim ve defelerle baxdiğim Gülizar filmidir.Cefer Cabbarlının eyni adl eseri esasında çekilib.Baş rol oyunçusu da Tuba Böyüküstündür.

    Cavab yaz
  • Anonim
    gizli · 18 İyun 23:3981

    mende baxmiram

    Cavab yaz
  • Anonim
    gizli · 18 İyun 23:4071

    qisqira qisqira danisirlar

    Cavab yaz
  • Anonim
    gizli · 18 İyun 23:4082

    elebil kar var

    Cavab yaz
  • Anonim
    Oxucu · 18 İyun 23:5571

    Bizimkilerde bele seriallara gore aktyor ve aktrisalara gore ozderin ele hala salirlarki. Indi 15. 20 dene bir yere toplanmiw qizlarin icinde Miran Cox Axmaq adamdi desen, 20sinden 17si qayidib deyecey axmaq sensen)) ele ona gorede evde qalirlar , evlenib bowanirlar, cunki istediyleri xarakterli oglanlar seriallarda olur.. bawlayirlar ele birin heyayda axtarmaga. Ve sonu gedir bataqliga. Exlaqsiz yuvalarinin sayi artir. Ehalisi coxalir... Bele... Belkede dediylerim sehv ola biler.amma heqiqete uygundu.

    Cavab yaz
  • Anonim
    Fikrimi Yazdim · 19 İyun 00:48342

    Hercainin ne senarisi , ne rejissor isi , esas da rollarda uynuyanlar qetiyen inandirici uynamirlar . Kadin dizisinin bütun aktyor heyeti ela uynuyurlar .KADIN dizisi ela !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 İyun 08:13124

    Bes deyirler reytinqli milyonlarla izleyicisi var//Bele basa dusdum burda yazanlar hec biri xosu gelmir ici men qarisiq ne de baxmirlar Bizim nesil aileee hec kim baxmir bir Semadan basqa ..Bir Paytahta baxiram o da tarixi kinodur ve xosum geldi.Turk seriallari eyni format eyni ssennari eynidiii Mamam deyir Yemin eyni Adini sen qoy serialidir

    Cavab yaz
    • Anonim
      Melek b · 19 İyun 09:5532

      Mamani(*****)duz deyir.serkopya eleyibler

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 19 İyun 10:4711

        Cannn Meleyimmm canimsann ..(****)

        Cavab yaz
  • Anonim
    Nara · 19 İyun 10:0160

    Bizlerde coreyi ver corekciye birini be ustelik deyibler.beli isi bacarana tapsirarlar.onda her sey gozel alinar.turk seriallarinin coxsayli izlenme sirri de bundadi.hem maliyye hemde isi eline goturen komandanin pesekarligi.kutlevi izlenmeye teqdim olunacaq her bir is ciddi ve pesekar senzura terefinden rey almalidir.Cox gozel meqaledir.duz vurgulanib ki selahiyyetli sexsler ve qurumlar ya istedadli insanlarimizin uze cixmasini istemir ya da cixara bilmirler.Dogrudan da edebiyyatimizda cox guclu bedii ssenariler var.Tekce Ismayil Sixlinin Deli Kur romani bes edir.muasir dovrle elaqelendirib cox gucli serial cekmek olar.H.Cavidin Maral eseri mezmununa sujet xettine dolgunluguna gore hec de Xalid Ziya nin Aski memnu eserinden geri qalimir.Ilyas Efendiyevin her bir romani povesti serial ucun evezolunmaz senari materialidi amma bizim kinematoqrafiya ucun yox.belke iller sonra bizde de elverisli munbit yetisecek.gozlemeliyik

    Cavab yaz
  • Anonim
    Heyif · 19 İyun 11:3081

    Türk dizileri vaxt keçirmek üçundurse heyif vaxtimiza ! Hercai dizisi adini deyisib Arvadlarin Savasi qoymaq lazimdir . Evde baxan var sesden beynimiz gedib!

    Cavab yaz
  • Anonim
    Cali quşu · 19 İyun 22:3020

    Baxmiram. Maraqlı da deyil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.