Verməşilli küftə şorbası (1 yaş +)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Körpə qidası bütün digər yeməklərdən və onların hazırlanma texnologiyasından daha fərqlidir. Əlbətdə ki, uşaq qidası həmişə xüsusi olaraq, nəzərdən keçirilməlidir. Uşaq üçün ən uyğun qida məhsulları - asan həzm olunmalı, allergiya yaratmamalı və ən əsası uşağın dad zövgünə uyğun olmalıdır. İlk yemək - əlbəttə ki, yüngül bulyonlar və ya suda hazırlanan şorbalar olmalıdır. Axı körpənizə axşam yeməyi üçün ədviyyat ilə hazırlanan şorbanı təqdim etsəniz, körpə mədəsinin bu cür yeməyi problem yaratmadan mənimsəməsi ehtimalı çox azdır. Eləcə də, qril üzərində bişmiş və ya yağda qızardılmış, mütəlif ədviyyatlar əlavə olunmuş ət yeməkləri də arzuolunmazdır.
Küftə şorbası 1 yaş yuxarı uşaq üçün hazırlana bilər. Uşağınızın vəziyyətinə görə davranın, bəzi analar belə bir şorbanı bir yaşından əvvəl uşaqlara verməyə başlayır və uşaqlar da özlərini yaxşı hiss edirlər. Hər bir halda, şorba verməyə başladıqda, şorbada körpənin artıq tanış olduğu məhsullardan istifadə edin. Biz təzə ətdən verməşilli yüngül, dadlı və doyumlu bir şorba hazırlayacağıq. Verməşili, düyü və ya qarabaşaq yarması ilə də əvəz edə bilərsiniz. Şorbaya duz istisna olmaqla, hər hansı bir ədviyyat əlavə etməyi məsləhət görülmür.
Verməşilli küftə şorbasının hazırlanması üçün lazım inqrediyentlər;
- 300 qr qiymə dana əti (və ya toyuq əti),
- 1 ədəd kiçik soğan,
- 1 ədəd yerkökü,
- 1 ədəd kartof,
- 2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
- 100 qr qısa vermeşil,
- 3 stəkan su,
- 10 qr şüyüd,
- duz.
Verməşilli küftə şorbasının hazırlanması
Əvvəlcədən təmizlənib yuyulmuş soğan ət ilə birlikdə ət çəkən maşınından 2 dəfə keçirilməlidir. Qiyməyə istəyinizə görə duz elavə edib, yaxşı qarışdırın. Əllərinizi bir az soyuq suda isladıb, nəm əlləriniz ilə qoz ölçüsündə küftələr hazırlayın. Qazana təmiz su əlavə edib, qaynadın. Sonra hazır küftələri qaynayan suya əlavə edin. Pişirmə zamanı köpük meydana gəldikdə, köpüyü təmizləməyi unutmayın.
Şorbaya doğranmış soğan əlavə etməyin. Demək olar ki, bütün uşaqlar soğanı orada görəndə ilk yeməyi yemək istəmirlər. Soyulub, yuyulan yerkökünü dairələrə kəsin və zeytun yağı ilə bir tavaya qoyub, mümkün qida dəyərini saxlamaq üçün aşağı istilikdə 5-6 dəqiqə qarışdıraraq, bişirin və sonra qazana əlavə edin. Kartofu xırda kublara böldükdən sonra yenidən yuyun və şorbaya əlavə edin. Şorbanı bütün inqrediyentlər hazır olana qədər təxmini 20-25 dəqiqə bişirin və sonra nazik qısa verməşili əlavə edin. Şorbanı duzlayıb 7-8 dəqiqə bişirməyə davam edin. Hazır olan şorbaya incə doğranmış şüyüd əlavə edin. Şorbanız hazırdır. Nuş olsun!
DİGƏR XƏBƏRLƏR
-
Sağlam qaraciyər üçün qəhvə için
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Bu qidalar qocalmanı sürətləndirir
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
XƏBƏR LENTİ
-
UEFA Konfrans Liqası: "Zirə" - "Torpedo" oyununda ilk hissə başa çatıb (Video)
-
Tramp: İki il əvvəl NATO ölkələri bizə gülürdü, indi isə hörmət edirlər
-
Türkiyə ilə Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı sənədi imzalanıb
-
Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirildi
-
Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq
-
82 yaşlı Nebahat Çehre çimərlik geyimində - (Foto)
-
“Kamilo artıq Şotlandiyadadır"
-
Elvin sabahkı matçda oynayacaq
-
Paytaxtda məşhur restoranda gecə saatlarında nələr baş verir?
-
DÇ-2026-nın ulduz qapıçısı Messi ilə komanda yoldaşı olur
-
Sel Qax–Balakən dəmiryol infrastrukturuna ciddi zərər vurub (Video)
-
Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan açıqlama
-
Onlayn satış edən şəxslə bağlı iddia - "Pulu alır, məhsulu göndərmir"
-
Azərbaycanlı futbolçu karyerasını qonşu ölkədə davam etdirəcək
-
Tramp: Bu gecə İrana çox ağır zərbələr endirə bilərik
-
Rusiya Baltikyanı ölkələri xəbərdar edib
-
DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
-
"Qarabağ" bizim üçün ən güclü rəqibdir" - "Vestri"nin baş məşqçisi
-
Bakıda mənzildən ər və arvadın meyitləri tapıldı - təfərrüat
-
Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb
-
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi
-
49 yaşlı Trevis süni intellektlə "evlənib" - (Foto)
-
Nüşabə Ələsgərli: "Rühəngiz bir oturuma bütöv çörəyi yeyir"
-
Bakıda daşınmaz əmlak qiymətləri ən çox hansı ərazidə artıb? – AQC iyunun statistikasını açıqladı





