Brokoli ilə toyuq kotleti (1+)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaq qidasında toyuq əti yüksək zülal dəyəri olan qidalardan biridir. Bir sözlə, toyuq əti uşağın sağlam böyüməsi, məktəb həyatında uğur qazanması və aktiv həyatında tez yorulmaması, fiziki və zehni inkişafı üçün zəruri olan qidalardan biridir. Zülal, niyə bu qədər vacibdir?
Böyümə və inkişaf, bədən hüceyrələrinin sayının artması ilə baş verir. Bədən hüceyrələrinin əksəriyyəti zülaldan ibarətdir və bu hüceyrələr daim dəyişir və yenilənir. Bədən kifayət qədər zülal almırsa, məhv edilmiş hüceyrələr yenilənmir.
Uşaqlarda zülal ehtiyacı yalnız toxumaların yenidən qurulması üçün deyil, həm də yetkinlərdə olduğu kimi bədənin böyüməsi və inkişafı üçün vacibdir. Buna görə uşaqlara gündəlik ehtiyaclarına uyğun keyfiyyətli zülal verilməlidir. Heyvan mənşəli zülallar keyfiyyətli zülallardır.
Yetərincə zülal, vitamin, mineral və Omega yağ turşuları qəbul etməyən uşaqlarda görülən əks təsirləri:
- Böyümə və inkişaf yavaşlayır.
- Tez-tez xəstələnir və sağalma prosesi daha uzun sürür.
- Zehni inkişaf yavaşlayır, dərslərdə uğursuzluqlar müşahidə edilir.
- Saç, dəri, dırnaq kimi toxumalar sağlam olmur.
- Bədəndəki orqanlar vəzifələrini yerinə yetirmədikdə, pozulmalara məruz qala bilir.
- Aktiv həyatda enerjisizlik, yorğunluq və halsızlıq müşahidə edilir.
Toyuq əti proteinlə zəngin qidalardan biridir. Yağsız hesab olunan toyuq ətini çeynəmək və həzm etmək də asandır. Toyuq əti bol miqdarda istehlak edilə bilən ən vacib zülal mənbələrindən biridir. Bundan əlavə, toyuq əti yüksək bioloji əhəmiyyətə malikdir və B vitamini, dəmir, sink və fosforla da zəngindir.
Brokoli ilə toyuq kotleti üçün inqrediyentlər;
- 200 qram toyuq filesi,
- 100 qram brokoli,
- 1 ədəd kiçik soğan,
- 1 ədəd yumurta,
- 1 xörək qaşığı un,
- 3 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
- İstəyə görə duz.
Sous üçün;
- 3 xörək qaşığı xama,
- 1 çay qaşığı quru narın və ya xırda doğranmış şüyüd.
Brokoli ilə toyuq kotletinin hazırlanması.
Toyuq filesi yuyulub, salfet ilə qurudulur. File, brokoli və soğan ət çəkən maşınından çəkilib, yumutra, un, duz əlavə edilib, qarışdırılır. Əllərinizi su ilə yüngülcə isladın və eyni böyüklükdə kotletlər hazırlayın. Yapışdırmayan tavada yağı qızdırıb, hazırladığınız kotletləri tavaya düzüb, qağağı bağlı şəkildə 10-15 dəqiqə kotlətlərin hər iki tərəfini qızardın. Sous üçün xama və nanə qarışdırılır. Hazır kotletləri körpənizə sous ilə verə bilərsiniz. Nuş olsun!
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi





