Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazır suşi alarkən yalnız son istifadə tarixinə baxmaq kifayət etmir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, məhsulun görünüşü və saxlanma şəraiti onun təzəliyi barədə mühüm məlumat verir.
Milli.Az xarici mediaya istinadən hazır suşinin xarab olduğunu göstərən əsas əlamətləri açıqlayıb.
Mütəxəssislərin sözlərinə görə, ilk növbədə balığın görünüşünə diqqət yetirmək lazımdır. Təzə balıq parlaq və canlı rəngdə olur. Əgər balıq solğun, mat və ya rəngini itirmiş görünürsə, onu almaq və yemək məsləhət görülmür. Belə məhsullar qida zəhərlənməsinə səbəb ola bilər.
Düyünün rəngi də vacib göstəricidir. Təzə suşidə düyü ağ rəngdə olur. Əgər düyü boz və ya çirkli ağ rəng alıbsa, bu, məhsulun xarab olmasının əlaməti ola bilər.
Suşinin büküldüyü nori yosunu tünd yaşıl rəngdə və möhkəm olmalıdır. Əgər nori demək olar ki, qaralıb, yumşalıb və formasını itirib, həmin suşini istehlak etmək tövsiyə edilmir.
Məhsulun teksturası da yoxlanmalıdır. Balığın səthi yüngül nəmli, özü isə bərk olmalıdır. Əgər balıq selikli görünür və ya toxunduqda həddindən artıq yumşaqdırsa, bu, onun təzə olmadığını göstərir. Təzə suşinin qoxusu da yüngül və xoş olmalıdır. Kəskin və xoşagəlməz qoxu məhsulun xarab olduğuna işarədir.
Mütəxəssislər bildirirlər ki, hazır suşi mütləq soyuducuda saxlanmalıdır. Otaq temperaturunda iki saatdan artıq qalan suşinin istehlakı təhlükəli hesab olunur.
Suşi alınan məkanın gigiyenik vəziyyəti də böyük əhəmiyyət daşıyır. Təmiz vitrinlər, işlək soyuducular, gigiyena qaydalarına əməl edən personal və səliqəli mətbəx məhsulun təhlükəsizliyi baxımından vacib göstəricilərdir. Bundan əlavə, soya sousu və digər əlavələrin qapalı və təmiz qablarda saxlanmasına diqqət yetirmək tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, suşini ən təhlükəsiz şəkildə tanınmış suşi restoranlarından, keyfiyyətə nəzarət edilən şəbəkə restoranlarından, açıq mətbəxi olan müəssisələrdən, həmçinin rəsmi istehsalı və soyuducu vitrinləri olan supermarket və fud-kortlardan almaq daha məqsədəuyğundur. Belə məkanlarda məhsulların saxlanma və sanitariya qaydalarına daha ciddi riayət olunur ki, bu da xüsusilə çiy balıqdan hazırlanan suşi üçün böyük əhəmiyyət daşıyır./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Badımcanı yayda çox yeyin
-
Sağlam qaraciyər üçün qəhvə için
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
XƏBƏR LENTİ
-
Qarın piyinin səbəbi çox yemək deyilmiş
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
-
Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Vüqar Gülməmmədov
-
Azərbaycanda kimlər əsgərliyə çağırılmır?
-
Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - (Video)
-
Yevlax sakini həmyerlisini qətlə yetirib
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
-
Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşüb
-
Göyçayda piyadanı maşın vurdu
-
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib
-
“Zirə” ilk matçda “Payde”yə məğlub oldu - Konfrans Liqası
-
Hindistanda etirazlara görə paytaxtda mobil interneti söndürdülər
-
Rusiyalı qapıçı matç zamanı öldü
-
Araz Ağalarovdan 1,68 milyardlıq tələb
-
Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı
-
Xankəndidə kafedə yanğın, iki nəfər yaralandı
-
Gəncədə iki bacını avtomobil vurdu
-
6 ayda hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
-
"Brent" nefti yenidən 100 ABŞ dollarını ötdü
-
“Qarabağ” SSKA-ya qarşı - Start heyətlər





