Sağlam qaraciyər üçün qəhvə için
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb.
Milli.Az xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 355 mindən çox yetkin şəxsin iştirakı ilə apardığı araşdırmaya əsasən, müntəzəm qəhvə içmək qaraciyər sirrozu, qaraciyər xərçəngi və qaraciyər xəstəliklərindən ölüm riskinin azalması ilə əlaqələndirilir.
Tədqiqatın nəticələrinə görə, gündə 5 və ya daha çox fincan qəhvə içən şəxslərdə qaraciyər sirrozu riski təxminən üçdəbir, qaraciyər xərçəngi riski isə yarıya yaxın azalır. Həmçinin qaraciyər xəstəlikləri ilə əlaqəli ölüm riski 42 faiz daha aşağı olub.
Mütəxəssislər bildiriblər ki, gündə 1-2 fincan qəhvə içənlərdə də müsbət təsirlər müşahidə edilsə də, ən güclü nəticələr gündə 3-4 fincan qəhvə qəbul edənlərdə qeydə alınıb.
Araşdırma zamanı qəhvə içənlərin qan analizlərində sağlam qaraciyər fəaliyyəti ilə əlaqəli zülalların səviyyəsinin daha yüksək, iltihab və çapıqlaşma ilə bağlı göstəricilərin isə daha aşağı olduğu müəyyən edilib. Bundan əlavə, bu şəxslərdə qaraciyərdə yağ və dəmir yığılması da daha az olub.
Tədqiqatçılar Böyük Britaniyanın Biobank bazasında qeydiyyatda olan yüz minlərlə şəxsin sağlamlıq məlumatlarını 13 il ərzində izləyiblər. Müşahidələr göstərib ki, həm kofeinli, həm də kofeinsiz qəhvə oxşar fayda verir. Bu isə qəhvənin tərkibindəki digər təbii birləşmələrin də qoruyucu təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.
Mütəxəssislər növbəti mərhələdə qəhvənin qaraciyəri qoruyan təsirinə cavabdeh olan konkret maddələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılacağını bildiriblər. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)





