Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demək olar ki, hər evdə olan smart televizorlar istifadəçilərin xəbəri olmadan onların baxış vərdişləri barədə məlumat toplaya bilər. Bəzi hallarda isə hətta səs yazılarının da qeydə alınması mümkündür.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu cihazlarda istifadə olunan Avtomatik Məzmun Tanıma (Automatic Content Recognition - ACR) texnologiyası televizorda hansı proqramların izlənildiyini, nə vaxt baxıldığını və baxış müddətini dəqiq müəyyən edə bilir.
Məlumata əsasən, toplanan məlumatlar bəzən fərdiləşdirilmiş reklamların göstərilməsi üçün istifadə olunur, bəzi hallarda isə üçüncü tərəflərə ötürülür.
Vizio 2017-ci ildə cərimələnib
2017-ci ildə ABŞ Federal Ticarət Komissiyası və Nyu-Cersi ştatının Baş Prokurorluğu Vizio şirkətini məhkəməyə verib.
İstintaqın nəticələrinə görə, şirkət 11 milyon televizorda istifadəçilərin xəbəri olmadan baxış məlumatlarını toplayan proqram təminatı quraşdırıb.
Avtomatik Məzmun Tanıma funksiyası standart olaraq aktiv vəziyyətdə olub və hər saniyə istifadəçilərin izlədiyi məzmunu qeydə alaraq reklam şirkətlərinə ötürüb.
Bundan əlavə, şirkətin bu funksiyanı uzaqdan proqram yeniləmələri vasitəsilə köhnə televizor modellərinə də əlavə etdiyi bildirilib.
Nəticədə Vizio 2,2 milyon dollar cərimə ödəyib, məlumat toplama siyasətini daha şəffaf etməyə və istifadəçilərin açıq razılığını almağa məcbur olub.
Sony, Samsung, LG, Hisense və TCL də məhkəməyə verilib
2025-ci ildə Texas ştatının Baş Prokurorluğu eyni vaxtda beş iri televizor istehsalçısına qarşı iddia qaldırıb.
Məhkəmə iddiasında aşağıdakı şirkətlərin adı çəkilib:
• Sony
• Samsung
• LG
• Hisense
• TCL
Onlar Texas sakinlərinin şəxsi məlumatlarını qanunsuz toplamaqda ittiham olunublar.
Prokurorluq xüsusilə Hisense və TCL şirkətlərinin Çinlə əlaqələrinin istehlakçı məlumatlarının təhlükəsizliyi baxımından risk yarada biləcəyini bildirib.
İddiada Sony televizorları hətta "kütləvi izləmə sistemi" kimi xarakterizə olunub və istifadəçilərin baxış məlumatlarını onların xəbəri olmadan toplamaq və satmaqda ittiham edilib.
Sonradan Samsung və LG razılaşma əldə edərək istifadəçilərin açıq razılığı olmadan məlumat toplamamağı və məxfilik siyasətini daha aydın şəkildə təqdim etməyi öhdələrinə götürüblər.
Bununla belə, Hisense, Sony və TCL ilə bağlı məhkəmə prosesləri hələ də davam edir.
Samsung-a qarşı yeni kollektiv iddia
2026-cı ildə beş Samsung smart televizor sahibi şirkətə qarşı kollektiv iddia qaldırıb.
İddiaçılar bildirirlər ki, Avtomatik Məzmun Tanıma texnologiyası vasitəsilə onların baxış məlumatları qanunsuz şəkildə izlənilir, saxlanılır və satılır.
Onların fikrincə, Samsungun məxfilik siyasəti istifadəçiləri çaşdırır və məlumatların hansı həcmdə toplandığını tam izah etmir.
İddiada şirkətin bu fəaliyyəti ilə məlumatların qorunmasına dair ştat qanunlarını və videoməlumatların məxfiliyini tənzimləyən federal qanunvericiliyi pozduğu iddia olunur.
İddiaçılar kompensasiya ödənilməsini və bu praktikanın dayandırılmasını tələb edirlər. İş üzrə məhkəmə prosesi hələ başa çatmayıb./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
-
Zaur Kamalın verilişinin arxiv kadrları yenidən müzakirə yaratdı - (Video)
-
Seda Sayan: "Mətbəxdəki kişi daha cazibədardır" fikri ilə razılaşmıram"
-
Barselona metrosunda partlayış: Yaralılar var – (Video)
-
"Barselona" Kərim Adeyemini transfer etdi
XƏBƏR LENTİ
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
-
Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Vüqar Gülməmmədov
-
Azərbaycanda kimlər əsgərliyə çağırılmır?
-
Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - (Video)
-
Yevlax sakini həmyerlisini qətlə yetirib
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
-
Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşüb
-
Göyçayda piyadanı maşın vurdu
-
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib
-
“Zirə” ilk matçda “Payde”yə məğlub oldu - Konfrans Liqası
-
Hindistanda etirazlara görə paytaxtda mobil interneti söndürdülər
-
Rusiyalı qapıçı matç zamanı öldü
-
Araz Ağalarovdan 1,68 milyardlıq tələb
-
Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı
-
Xankəndidə kafedə yanğın, iki nəfər yaralandı
-
Gəncədə iki bacını avtomobil vurdu
-
6 ayda hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
-
"Brent" nefti yenidən 100 ABŞ dollarını ötdü
-
“Qarabağ” SSKA-ya qarşı - Start heyətlər
-
"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi





