Rusiya

Məktəblərində stulların xalça ilə əvəzlənməsi təklif olunub - FOTO

24 Sentyabr 2021 11:38
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada məktəblərdə partaları yerdə oturmaqla əvəzləmək təklif olunub. Belə bir tövsiyəni Rusiya Pediatrlar Birliyinin üzvü, tibb elmləri namizədi, pediatr İrina Dobretsova verib.

O bildirib ki, təhsil müəssisələri uşaqların fiziki fəaliyyəti üçün daha çox şərait yaratmalıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis siniflərin amfiteatr deyil, düzbucaqlı olduğuna diqqət çəkib. Pediatrın sözlərinə görə, bu səbəbdən də şagird bütün dərsi bir istiqamətə yönəlir və bir tərəfi keyləşir.

"Ancaq orta sırada oturanın bəxti gətirir. Uşaqlar evə gedir, orada da hər zaman düzgün masa var. Dərslərdə əl-qolun, bədənin açılışması üçün hərəkətlər edilməlidir, partalar isə başqa cürə düzülməlidir", - deyə həkim əlavə edib.

Dobrotseva dərsin ilk 10-15 dəqiqəsində uşaqların yerdə xalça üzərində oturub yeni material dinlədiyi bəzi xarici və pullu rus məktəblərin təcrübəsindən istifadə etməyə çağırıb. Həkimin sözlərinə görə, belə təhsil müəssisələrində uşaqlar suala cavab verərkən ayağa qalxırlar. Bundan əlavə, uşaqların sinifdə hərəkət etmək imkanı var. Yazı yazmaq lazım olduqda isə parta arxasına keçirlər.

Həkim məktəblərdə bədən tərbiyəsi dərslərinə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

"Bundan əlavə, oksigen nəfəslikdən deyil, küçədə alınmalıdır. Ancaq bu zaman effekti olur: aktiv hərəkət edən uşağın daha yaxşı koqnitiv funksiyaları olur. O, hər şeyi daha sürətli edir və yaxşı yadda saxlayır", - deyə Dobrotseva sözlərini yekunlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.