Hökumət abortları azaltmaq istəyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya hökuməti 2025-ci ilədək ölkədəki abort sayını yarıbayarı azaltmaq planlarını təsdiqləyib.
Milli.Az rus mediasına istinadən xəbər verir ki, bu haqda hökumətin vebsaytında sənəd yerləşdirib. Hökumət 2025-ci ilədək ölkənin demoqrafik vəziyyətini düzəltməyə çalışır. Çünki ölkədə əhali artımında azalma müşahidə olunur. Sənəddə ana və uşaq ölümünün kəskin azaldılması, eləcə də ümumi reproduktiv sağlamlağın yaxşılaşdırılması üçün planlar nəzərdə tutulub.
Qadınların 80 faizi
Abortla bağlı tədbirlərə gəlincə, hökumət hamiləliyini kəsmək istəyən qadınların hüquqi, psixoloji və tibbi yardıma çıxışını təkmilləşdirməyi planlaşdırır. Abort elətdirmək istəyən qadınların 80 faizinin həkim konsultasiyasından keçməsi nəzərdə tutulur ki, bunda da məqsəd proseduru dayandırmaqdır. Rusiya mediasında yayılmış bu rəsmi sənəd feminist fəalların etirazına səbəb olub. Onlar abortu universal hüquq hesab edir, dövlətin bunun tənzimlənməsində minimum rol oynamalı olduğunu deyirlər. Onlar həmçinin sənədin "ənənəvi ailə dəyərlərinin gücləndirilməsi"nə diqqət ayırdığını vurğulayırlar. Bu isə Rusiyada homofobik yanaşmanın yumşaldılmış forması, mühafizəkar siyasətin təbliği kimi görülür.
"Fəlakət"
Ancaq abortların məhdudlaşdırılması bir müddətdir yürüdülən siyasətin tərkib hissəsi sayıla bilər. 2020-ci ilin dekabrında deputat Oksana Puşkina Səhiyyə Nazirliyinin qadınlara hamiləliklərini dayandırmağa icazə verən şərtlər açıqlamasını pisləyib, bunun "fəlakət"ə səbəb olacağını deyib. O, Avropa Birliyi üzvü olan Polşada abortlara qadağaya qarşı kütləvi etirazlara diqqət çəkib. "Mən qadın təşkilatları və icmalarından, rusiyalı qadınlardan şəxsi mesajlar alıram. Məndən xahiş edirlər ki, hamiləliyi dayandırmaq hüquqlarının alınmasına mane olum", - Puşkina deyib. Rusiyanın ən proqressiv deputatı sayılan Puşkina ötən həftə keçirilən seçkiyə qatılmamaqla Dövlət Dumasından yerindən imtina edib.
Ciddi rəqəmlər
Vladimir Putin isə demoqrafiyanı prezidentliyinin əsas məsələsi hesab edir. O, 2020-ci ilin yanvarında xalqa müraciətində əhalinin azalmasını ölkənin əsas problemi adlandırıb. "Bu demoqrafik tələdən çıxmaq bizim tarixi vəzifəmizdir. Millətimizin qorunması və artımı ən yüksək milli prioritetimiz olmalıdır", - o deyib. Baş nazirin müavini Tatyana Qolikova martda deyirdi ki, 2016-cı ildən Rusiyada abortların sayı 39 faiz azalıb. "Bunlar ciddi rəqəmlərdir", - deyə o, hökumətin iclasında söyləyib.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
Rusiyada zəlzələ oldu
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
XƏBƏR LENTİ
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
Cabir İmanov oğluna gəlinsiz toy etdi - (Video)
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub - (Foto)
-
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” insan, təbiət və yaddaş arasında yeni dialoq yaradan performans və interaktiv layihələri təqdim edir - (Foto)
-
Azərbaycan musiqisi Cənubi Koreyada: muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub - (Foto)
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)





