Rusiya

Putin: "Bizə özgənin heç nəyi lazım deyil"

7 Mart 2025 00:20
Baxış: 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiyaya Ukraynada sülhün elə bir variantı lazımdır ki, o, ölkənin əmin-amanlığını təmin etsin".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Zaşitniki Oteçestva" fondunun əməkdaşları ilə görüşdə deyib.

"Biz özümüz üçün sülhün elə bir variantını seçməliyik ki, o, bizi qane etsin və ölkəmizin uzunmüddətli tarixi perspektivində əmin-amanlığını təmin etsin. Bizə özgənin heç nəyi lazım deyil, amma biz də özümüzə məxsus olanı verməyəcəyik" , - deyə Rusiya dövlət başçısı qeyd edib.

O əlavə edib ki, Ukraynadakı münaqişənin nizamlanması Rusiyanın təhlükəsiz şəraitdə sabit inkişafını təmin etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.