Rusiya

Tramp-Putin-Zelenski görüşü bu ölkədə keçirilə bilər

6 Mart 2025 19:48
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət etməsinə öz rəyini bildirib.

Milli.Az xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Minski danışıqlar üçün ən yaxşı yer adlandırıb.

Bununla belə o əlavə edib ki, bu təklif qaldırılmayıb və heç cür müzakirə olunmayıb.

"Müsbət yanaşırıq. Məsələ danışıqlar masasına kiminlə oturmaqdır. Hələlik Ukrayna Prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına hüquqi qadağa qüvvədədir. Buna görə də ümumilikdə yanaşma müsbətdir, lakin nüanslar hələlik dəyişmir. Əlbəttə ki, bizim üçün Minsk ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir. Bizə görə, danışıqlar üçün bu, ən yaxşı məkan ola bilər", - o deyib. 

Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa məktubunda sülh yolu ilə nizamlanma üzrə danışıqlara hazır olduğunu bildirməsi xəbərini alqışlayıb, lakin Kiyevin Moskva ilə danışıqlara qoyduğu qadağanın qüvvədə olduğunu xatırladıb. 

Qeyd edək ki, Vladimir Zelenski Ukraynanın münaqişənin həlli üçün danışıqlara başlamağa hazır olduğunu bildirib.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.