"ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərin daimi gəlir mənbəyinə çevrilməsidir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Media dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" adlı tədbirində Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy deyib.
O qeyd edib ki, fondun stabilləşmə məqsədi dövlət büdcəsində enerji qiymətlərindən asılılığın azaldılması, qısamüddətli investisiya dövrü və aşağı riskli investisiyalardan ibarətdir:
"Fondun yığım məqsədi isə karbohidrogen daxilolmalarının uzunmüddətli sərvətə çevrilməsi, uzunmüddətli investisiya dövrü, yüksəkriskli və likvidliyi aşağı investisiyalardır. Fondun 25 il ərzində neft-qaz sazişindən gəlirləri 192.4 milyard ABŞ dollarıdır (bütün gəlirlərin 92,8%). İnvestisiya gəlirləri 14,9 milyard dollardır (7,2 %). Xərclərimizi çıxsaq, bizim xalis investisiya portfelimiz 60 milyard dollara gəlib çıxır".
Milli.Az