QR kod vasitəsilə ödəniş edilməsi qaydaları təsdiqləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması Qaydası təsdiq edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Sənəddə aşağıdakı yeni anlayışlar müəyyənləşdirilib:
AZQR kod - Azərbaycan Respublikasının ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod;
statik AZQR kod - tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod;
dinamik AZQR kod - tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod;
AZQR kod təchizatçısı - AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycan Respublikasında fəaliyyət göstərən təchizatçı.
Sənədə əsasən, Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti təchizatçıları tərəfindən tərtib olunan dinamik və statik AZQR kod Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunan tələblərə uyğun olmalıdır. Müvafiq Tələblər Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdiriləcək.
AZQR kod təchizatçısı AZQR kodun tərtibini müqavilə əsasında üçüncü tərəfə həvalə edə bilər, bu şərtlə ki, QR tərtib edilməsi yuxarıdakı tələblərə uyğun olaraq həyata keçirilsin.
AZQR kod təchizatçısı tərəfindən tərtib olunan AZQR kod təyinatı üzrə və dəyişiklik edilmədən istifadə olunmalıdır.
AZQR kod təchizatçısı AZQR kod vasitəsilə icra olunmuş ödəniş əməliyyatı üzrə vəsaitin tam və ya qismən geri qaytarılmasına imkan verən funksionallığı təmin etməlidir.
AZQR kod təchizatçısı AZQR kod vasitəsilə ödənişin qəbul edilməsi zamanı ödəyiciyə elektron və ya kağız daşıyıcıda özündə azı aşağıdakı məcburi rekvizitləri əks etdirən qəbzin (məlumatın) təqdim edilməsi təmin ediləcək və ya qəbzin (məlumatın) asanlıqla əldə edilməsi imkanı yaradılacaq:
ekvayerin və (və ya) ödəniş sistemi operatorunun adı;
təsərrüfat subyektinin adı və VÖEN-i;
qəbzin nömrəsi;
əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə);
ödəniş terminalının kodu (əməliyyat ödəniş terminalında aparıldıqda);
ödənişin məbləği və valyutası;
avtorizasiya kodu;
əməliyyatı eyniləşdirməyə imkan verən istinad nömrəsi.
AZQR kod təchizatçısı ödəniş əməliyyatının nəticəsi (uğurlu və ya uğursuz olması) barədə təsərrüfat subyektini məlumatlandıracaq.
AZQR kod vasitəsilə milli valyutada aparılmış ölkədaxili əməliyyatlar üzrə ödəniş xidməti təchizatçıları arasında hesablaşmalar Ani ödənişlər sistemi (AÖS) vasitəsilə həyata keçiriləcək
Məlumat üçün bildirək ki, qərar 2025-ci il noyabrın 12-də qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, 2026-cı il fevralın 1-də qüvvəyə minəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda çıxarışlı və çıxarışsız mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA
-
Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü
-
Brent 79 dolları keçdi: Dünya birjalarında son neft qiymətləri
-
Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Gözlənilməyən xərclər qarşısında doğru təcili kredit həlli böyük əhəmiyyət kəsb edir
XƏBƏR LENTİ
-
Turistləri "peşman edən" yerlər: Dünyanın ən çox xəyal qırıqlığı yaradan 10 mərkəzi
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)
-
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq
-
Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
-
DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı





