Mədəniyyət

Cadenza orkestri “Kəsişən xətlər 2” adlı növbəti konsertini keçirib - FOTO

6 Mart 2025 21:16
Baxış: 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cadenza orkestri (Cadenza Contemporary Orchestra) Beynəlxalq Muğam Mərkəzində "Kəsişən xətlər 2" adlı növbəti konsertini keçirib. Konsertdə Dmitri Burtsevin "Revisite", Anton von Webernin violonçel və piano üçün 3 kiçik pyes (solistlər: Afaq Qrayeva, Sənubər Soltanlı), Ayaz Qəmbərlinin "Humay variasiyaları", İqor Stravinskinin klarnet üçün 3  pyes (solist Məhəmmədəli Paşazadə) və Alfred Şnitkenin piano və simli orkestr üçün Konsert (solist Afaq Qarayeva) əsərləri ifa olunub. Ayaz Qəmbərlinin pianoçu Humay Qasımzadə üçün yazdığı və ona həsr etdiyi "Humay variasiyaları" əsəri  ilk dəfə məhz bu konsertdə Humay Qasımzadənin ifasında  dinləyicilərə təqdim olundu. Konsertin digər maraqlı məqamlarından biri də eyni anda Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri iüçün canlı yayımlanması oldu. 

Qeyd edək ki, Cadenza orkestri 2021-ci ildən fəaliyyət göstərir, bədii rəhbər Türkər Qasımzadə, dirijor isə Samir Əsədovdur. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.