Siyasət

Qarik Matrosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam

6 Mart 2025 21:08
Baxış: 379

Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qarik Matrosyan sərbəst ifadəsində bəzi məsələləri etiraf edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön postlarda olduğunu etiraf edərək bildirib: "İkinci Qarabağ müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 10-da davam etdiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.