Panama Prezidenti Xose Raul Mulino amerikalı həmkarı Donald Trampı ABŞ-ın Panama kanalına nəzarəti bərpa etməyə başladığını iddia etdiyinə görə yalançı adlandırıb.
Milli.Az xəbər verir ki, Panama lideri bu açıqlamaları "X" sosial şəbəkəsində paylaşıb:
"Prezident Tramp yenə də yalan danışır. Panama kanalı heç kimə nəzarətə keçmir və ABŞ Dövlət katibi Marko Rubio və ya başqa şəxslərlə bu mövzu müzakirə olunmayıb", - deyə Xose Raul Mulino bildirib.
O, Panama və ABŞ arasında əməkdaşlığın qarşılıqlı maraqlar əsasında dəqiq razılaşmalara dayandığını da vurğulayıb.
Asya
Milli.Az