Qızılın içindən dəmir çıxdığına dair görüntülər yayılıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, qızılın içindən dəmir çıxıb. Qeyd edilir ki, çəkisi qızılla birlikdə hesablansa da, içərisindəki başqa metaldır.
Paylaşıma yazılan şərhlərdə də bunu təsdiqləyən izləyicilər belə hallarla çox rastlaşdırlarını bildirirlər. Videoda qeyd olunur ki, bu metalın çəkisi 3-4 qramdır.
Zərgərlərin özləri də bu formadakı qızıl-zinət əşyalarının çoxunda dəmir olduğunu təsdiqləyilər.
Məsələ burasındadır ki, vətəndaş zinət əşyası alan zaman bu metal da qızılın çəkisi ilə birlikdə hesablanır. Lakin videodakı kimi zədələnən bir qızılı satdıqda həmin dəmirin çəkisi qiymətdən çıxılır.
Satıcılar isə deyirlər ki, bu adi haldır. Onlar da topdan zinət əşyası aldıqları zaman çəkisi içindəki həmin metalla birlikdə hesablanır.
O da bildirlir ki, təkcə Türkiyə yox, İtaliya, Ərəbistan və Rusiya istehsalı olan qızıllara da belə metallar yerləşdirilir. Amma bu, bütün qızıl əşyalarında yox, keçmə halqa zinət əşyalarında və saatlarda olur.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az