İranın paytaxtı Tehranın şərqində yerləşən hərbi obyektdə yanğın və partlayış olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 10 yanğınsöndürən yaralanıb.
İlkin olaraq konteynerin içərisində yanğının başladığı, daha sonra yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı zaman partlayışın baş verdiyi bildirilib.
Digər xəbər agentliklərinin verdiyi məlumata görə, 4 yanğınsöndürən xəstəxanaya aparılıb, daha 6 nəfər yüngül xəsarətlər aldığı üçün ilkin müdaxilədən sonra evə buraxılıb.
Hadisənin səbəbləri barədə ətraflı məlumat verilməyib.
Milli.Az