Dünya

Aİ sammitində “Avropanın yenidən silahlanması” planı razılaşdırılıb

6 Mart 2025 23:34
Baxış: 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı liderləri bu gün Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq hərbiləşdirilmə planı üzrə razılığa gəliblər.

Milli.Az xəbər verir ki, 27 ölkənin lideri Avropa Komissiyasının müdafiəni gücləndirmək planına yaşıl işıq yandırıb.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 4-də qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün 150 milyard kredit də daxil olmaqla 800 milyard avronun ayrılmasını nəzərdə tutan "Avropanın yenidən silahlanması" adlı plan təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.