Rusiya

Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı

22 Fevral 2025 10:05
Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 Kazan və Nijnekamsk hava limanlarında təyyarələrin gəlişi və gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Milli.Az rus mətbuatına istinadla xəbər verir ki, Rosaviatsiya nümayəndəsi Artem Korenyak bildirib ki, bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir.

Məhdudiyyətlərin tətbiqi qərarı Müdafiə Nazirliyinin gecə saatlarında Rostov və Voronej vilayətləri üzərində iki pilotsuz uçuş aparatının məhv edildiyini açıqlamasından sonra verilib.

Rusiya hava limanları son dövrlərdə dron hücumları səbəbindən vaxtaşırı uçuş məhdudiyyətləri tətbiq edir.

Qeyd edək ki, Rostov vilayətində pilotsuz təyyarə hücumu cəhdinin qarşısı alınaraq, Kamensk bölgəsində neytrallaşdırılıb. Hücum nəticəsində hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.