Rusiya

Kurskda federal fövqəladə vəziyyət rejimi tətbiq edildi

9 Avqust 2024 15:56
Baxış: 1 134
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Kursk vilayətində federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Avqustun 9-da fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının növbədənkənar iclası keçirilib. Gündəmdə olan müzakirə mövzusu Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Kursk vilayətində yaranmış vəziyyətdir. Regionda federal reaksiya səviyyəsi tətbiq edilib", - deyə nazirlikdən bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.