Rusiya

“Qaradərili qızla biabırçı flört...” - Zaxarova

2 May 2024 14:32
Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Xarici İşlər Nazirliyində konsulluq məsələləri üzrə rəqəmsal məsləhətçinin (süni intellekt) qaradərili qız obrazında seçilməsi irqi mövzu ilə biabırçı flörtdür.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu cür tədbirlər "liberal tolerantlığın təşviqi" üçün qrantların işlənib hazırlanmasını, "müasir Ukraynaya nüfuz edən irqçi və neonasist ideologiyaların yaratdığı mənzərə"ni ört-basdır etmək cəhdini ifadə edir. Zaxarova xatırladıb ki, 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin sözçüsü şimali amerikalı transseksual Sara Eşton-Kirillo idi.

"Qrant qurtardı, Kirillo da bitdi. İndi də qrantlar xərclənəndən sonra Kiyev rejiminin bu tapıntısı da yoxa çıxacaq, mahiyyət də dəyişməyəcək - ksenofobiya, irqçilik və neonasizmin ideoloji əsasları qalacaq", - Zaxarova əlavə edib.

Ukrayna Xarici İşlər Nazirliyi konsulluq məsələləri üzrə süni intellektə əsaslanan rəqəmsal məsləhətçi yaradıb. "Viktoriya İ" adlı süni intellekt müğənni Rozali Nombrenin görünüşü əsasında hazırlanıb. Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu təşəbbüsü vaxt və resurslara qənaətlə əsaslandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.