Rusiya

Rusiyada üzərində insanların olduğu körpü uçdu - VİDEO

10 Aprel 2024 18:41
Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kuzbassda Tom çayı üzərindəki körpü uçub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin anda onun üzərində insanlar olub. Hərçənd ki, körpüyə ondan istifadəni qadağan edən işarələr vurulub. Lakin Kemerovo sakinləri buna məhəl qoymayıblar.

İnsidentə donmuş çayların buzunun açılması səbəb olub. Çayda suyun səviyyəsinin qalxması səbəbindən körpüdə hərəkət fövqəladə hadisədən bir neçə gün əvvəl dayandırılıb. Sakinlərin heç də hamısı qadağaya əməl etməyib və təhlükəli keçiddən istifadə etməyə davam ediblər.

Xoşbəxtlikdən xəsarət alan olmayıb və insanlar sahilə çıxarılaraq tibbi yardım göstərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.