Rusiya

Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi

24 Mart 2024 17:44
Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşmənlər Moskvadakı "Krokus Siti Holl"da baş vermiş terror aktı fonunda Rusiyada milli məsələ ilə bağlı vəziyyəti sarsıtmağa çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

"Biz artıq görürük ki, düşmənlər həmişə olduğu kimi, milli məsələdən istifadə edərək, vəziyyəti daxildən necə sarsıtmağa çalışırlar. Rusiya çoxmillətli olub və olacaq. Mən şəxsən onun gücünü, böyüklüyünü bunda görürəm. Və məhz bu keyfiyyətə görə onun düşmənləri həmişə ilk əlverişli anda burdan vurmağa çalışırlar. Amma heç bir halda milli mənsubiyyətə və ya dinə görə vətəndaş təqibinə yol verilməməlidir", - Kadırov bildirib.

Onun sözlərinə görə, Rusiya artıq neonasizmlə uğurla mübarizə aparır və ölkə daxilində millətçi təzahürlərlə də uğurla mübarizə aparmağa heç nə mane olmayacaq.

Qeyd edək ki, 22 martda "Krokus Siti Holl"da kütləvi insan tələfatına səbəb olan teraktdan sonra Rusiyada millətçi şüarlar səsləndirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.