Rusiya

Bu bazaları anında vuracağıq: NATO isə cavab verməyəcək

25 Dekabr 2023 17:26
Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Ukraynadakı xarici hərbi bazalar yaradılacağı təqdirdə onlara mütləq zərbələr endirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

AB-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsindən danışan Medvedyev sənədin özünün heç bir əlavə dəyəri olmayan "filkin qramotu" olduğuna diqqət çəkib:

"Bu sənəd Kiyevə ayrı-ayrı ölkələrlə silah tədarükü, hərbi kadrların hazırlanması, hərbi proqramların maliyyələşdirilməsi, o cümlədən Ukraynada hərbi bazaların yaradılmasını nəzərdə tutan müqavilələr bağlamaq imkanı verir.

Bu, "sizi NATO-ya qəbul etməyəcəyik, Rusiya ilə müharibə istəmirik, amma fərdi əsasda özünüzə heç nədə yox deməyin" modelidir. Və burada sual onların Vaşinqton müqaviləsinin 5-ci maddəsini necə şərh edəcəkləridir. Başqa sözlə, Rusiya belə bir bazanı vurduqda (və bu, istər-istəməz baş verəcək, çünki bazanın hərbçiləri xüsusi olaraq bizə qarşı döyüşmək üçün gəliblər) NATO ölkələrindən birinin yaratdığı bazanın məhv edilməsinə görə alyans ölkələri bizə kollektiv cavab verməyə hazır olacaqmı? İstənilən hərbi bazaya zərbə, şübhəsiz ki, bu müqavilənin 6-cı maddəsinin ("Razılığa gələn tərəflərdən hər hansı birinin silahlı qüvvələrinə, gəmilərinə və ya təyyarələrinə silahlı hücum") tətbiqi üçün əsasdır. Ancaq sonrası daha maraqlıdır, cavab müqavilənin eyni 5-ci maddəsində göstərildiyi kimi hərbi və kollektiv xarakter daşımaq məcburiyyətində deyil".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.