Rusiya

Nəvə nənəsini çəkiclə döyüb öldürdü

4 Dekabr 2023 19:44
Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada təqaüdçü başından çəkiclə aldığı zərbədən dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi xəbər verir ki, paytaxt sakininin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

İdarədən verilən məlumata görə, "Qələbə" meydanında yerləşən hündürmərtəbəli mənzildə 34 yaşlı kişi çəkiclə 79 yaşlı qohumunun başına xəsarət yetirib. Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.

Müstəntiqlər tezliklə şübhəli şəxsi dindirəcək və cinayətin motivini müəyyən edəcək. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayət işi başlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.