Rusiya

Metroda evlilik təklif etdi - həbs olundu

16 Noyabr 2023 14:56
Baxış: 2 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada gənc oğlan sevgilisinə metroda evlilik təklifi etdiyi üçün həbs edilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o, noyabrın 7-də metronun VDNKh stansiyasında sevgilisindən onunla evlənməsini istəyib.

Sevgilisi ilə birlikdə metroya enib, stol və stullar düzərək, yemək və sərinləşdirici içki çıxardıb.

Daha sonra diz çökərək evlilik təklifi etdi.

Moskva sakini bütün bunları videoya çəkib və sonradan internetdə yerləşdirib.

Onun sözlərinə görə, ertəsi gün polis onu və nişanlısını iş yerinə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları cütlükdən izahat alaraq axşam saatlarında stansiyaya gəlmələrini istəyiblər, amma nə gənc, nə də sevgilisi buna əməl edib.

Təklifdən bir gün sonra kişi və sevgilisi saxlanılıb. Onlar xırda xuliqanlıq maddəsi ilə ittiham olunublar.

O, beş sutka həbs edilib, nişanlısı isə min rubl cərimə ödəməli olub.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.