Rusiya

Sensasiya: Priqojinin oxşarı var, onun adından uçur - FOTO

26 Avqust 2023 09:45
Baxış: 3 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevgeni Priqojinin iyun iğtişaşından sonra Rusiya müstəntiqləri onun evində axtarış apararkən, "Vaqner" rəhbərinin adından uçuş həyata keçirə biləcək oxşarının olduğunu təsdiqləyən sənədlər aşkarlamışdılar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Qardian" məlumat yayıb.

Bildirilib ki, sənədlərdə bütün şəxsi məlumatlar Priqojinin idi, yalnız fotodan başqa...

Bundan çıxış edən "Nyu York Tayms" isə Priqojinin uçuş zamanı iz azdırmaq üçün oxşarından istifadə edə biləcəyinə diqqət çəkib.

Qiyam zamanı Priqojinin evindən çıxan "oxşarının sənədinin" görüntüsü də yayılıb.

Qeyd edək ki, 23 avqustda Priqojinin biznes-jeti Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Priqojin də daxil olmaqla, göyərtədə olan 10 nəfərin hamısı ölüb.

Təyyarənin vurulduğu və yaxud daxildən partladıldığı ehtimalı yüksəkdir. Çünki qəzadan öncə şahidlər havada ikən təyyarədə ardıcıl iki partlayış baş verdiyini müşahidə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.